BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Sağlamlığa Xidmət” İctimai birliyinin (İB) təşəbbüsü ilə Xaçmaz rayon Mədəniyyət Mərkəzində vərəmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib. Foto+Video


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

” Sağlamlığa Xidmət” Xaçmazda.

İstixəbər.info saytının şimal bürosunun verdiyi məlumata görə,Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramı TB REP-in Azərbaycan üzrə vətəndaş cəmiyyəti əlaqələndiricisi “Sağlamlığa Xidmət” İctimai birliyinin (İB) təşəbbüsü ilə Xaçmaz rayon Mədəniyyət Mərkəzində vərəmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətnin nümayəndələri, səhiyyə işçiləri, mədəniyyət və təhsil şöbəsinin əməkdaşları və ictimayyət nümayəndələri iştirak edib.
Tədbirdə, ölkəmizdə və dünyada vərəmlə bağlı mövcud vəziyyət, bu sahədə əldə olunmuş uğurlar, vərəmlə mübarizənin daha səmərəli aparılmasında vətəndaş cəmiyyəti təşkilatllarının rolunun əhəmiyyəti haqda iştirakçıların diqqətinə çatdıran Sağlamlığa Xidmət İctimai birliyinin (İB) ictimai vəkillik üzrə məsləhətçisi Pərvanə Vəliyeva onuda qeyd etdi ki, bəşəriyyət yaranandan mövcud olan vərəm xəstəliyinin dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdi. Pərvanə xanımın sözlərinə görə, Ümumdünya Səhiyyə təşkilatının (ÜST) məlumatına əsasən, 2000-2017-ci illər ərzində dünyada 56 milyon insanın həyatı bu xəstəlikdən xilas olsa da, hər gün dünyada 28 500 insan
vərəmlə xəstələnir və hər gün 4500 insan vərəmdən dünyasını dəyişir.
Tədbirdə Xaçmaz Vərəm əleyhinə Dispanserin baş həkimi, Kamal Ağayev rayondakı hal-hazırki və əvvəlki illərdəki mövcud epidemioloji vəziyyət haqqında, xəstəlik, onun yayılma yolları və profilaktikası haqqında əhaliyə geniş məlumat verməklə yanaşı, vərəmlə bağlı stiqma məsələsinə də toxunmuşdur.
Daha sonra AZQAC-nin nümayəndələri Sona Hacıyeva və Mətanət Qaraxanova, Həyat İB-in nümayəndəsi Zəminə Səfərova insanları xəstəlikdən qorxmamağa və müayinə olunmağa çağırıblar.
Əyləncəli konsert proqramı şəklində təşkil edilən tədbirdə gözəl ifaları ilə seçilən müğənnilər Elnurə Mehdiyeva, Tərlan Novxani və muğam ustası Babək Əlisultanov çıxış ediblər.

Tədbirin sonunda vərəm haqqında 15 dəqiqəlik “Qışın İsti Nəfəsi” sosial maarifləndirici bədii film nümaiş olunub və izləyicilər tərəfindən böyük alqışla qarşılanıb.

 

Istixəbər.info informasıya portalı Xaçmaz 2018-ci il

Xanlar Cəbrayılov: Xüsusi müxbir 

loading...

TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26