Yevlaxda Dədə Qorqud Parkı yenidən qurulur

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax şəhərindəki Dədə Qorqud Parkının yenidən qurulmasına başlanılıb.

İstixeber.info xəbər verir ki, parkın ərazisi 650 metr uzunluğunda genişləndirilərək 2 hektara çatdırılacaq. Parkda Dədə Qorqudun heykəli qoyulacaq, geniş abadlıq işləri aparılacaq, yerə plitələr vurulacaq, yaşıllıqlar salınacaq. Həmçinin idman-sağlamlıq qurğuları quraşdırılacaq, uşaq əyləncə mərkəzi, gəzinti yerləri, istirahət guşələri yaradılacaq.

Layihə çərçivəsində parkın ətrafında olan yaşayış binalarının və obyektlərin fasad və interyeri müasir üslubda yenidən qurulacaq, abad məhəllələr salınacaq.

İstixeber.info Yevlax

escort mersin mersin escortları