Ana və bala – FOTOLAR

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

ABŞ-ın Kaliforniya əyalətində, aralarında 24 yaş fərq olmasına baxmayaraq bacı kimi görünən ana-qız görənləri şok edir.

İstixeber.info xəbər verir ki, Kaliforniyada yaşayan 43 yaşındakı müəllim Joleen Diaz (solda) və 19 yaşındakı qızı Meilani Parks, (sağda) yalnız yaş olaraq çox oxşar görünməklə qalmır, eyni zamanda ən yaxın dost kimi bir-birlərini çox yaxşı başa düşürlər.

İnsanlar mütəmadi olaraq ana Joleeni 19 yaşlı qızı Meilaninin bacısı olduğunu düşünürlər.

43 yaşındakı subay ana Joleen, dərisinin belə saf və gənc qalmasının səbəbi 12-13 yaşından bəri özünə yaxşı baxmaqdan qaynaqlandığını söyləyib.

Xüsusilə pis vərdişlərdən uzaq olduğunu ifadə edən Joleen, qızını belə böyütdüyünü bildirdi.

Joleen, “Hər zaman sağlam və aktiv bir həyatım oldu. Nadir olaraq spirt qəbul edirəm. Çox dincəlirəm və balanslı, sağlam pəhriz saxlayıram”.

Joleen: “Yaxşı bir dəriyə sahib olmaq, mənə ən pis günümdə belə güvən verir”. Demək olar ki, hər şeyi birlikdə etdiklərini bildirən ana və qızı həyatın kefini belə çıxarırlar. /Unikal.org

İstixeber.info

escort mersin mersin escortları