BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb-Səbəb isə…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ötən gün axşam saatlarından başlayan güclü yağışlar fəsadsız ötüşməyib.

İstixəbər.info İstipress-in məlumatına istinadən xəbər verir ki, ən çox ziyan Göyçay, İsmayıllı rayonlarına dəyib. Yağan güclü leysan yağışından sonra Göyçay çayına sel gəlib, suyun səviyyəsi dəfələrlə artıb. Nəticədə çay üzərindəki avtomobil körpüsündə təhlükəli vəziyyət yaranıb.

Avtomobil körpüsünün dağılmaq təhlükəsi olduğundan Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Nəticədə yüzlərlə avtomobil yolda qalıb.

Qeyd edək ki, çayda suyun çoxluğu səbəbindən Göyçay şəhəri, Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələri, meyvə bağları yararsız hala düşüb.

Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada körpüsünə də ciddi ziyan vurub. Bu gün saat 13 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü dağılaraq yararsız hala düşüb. Körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb. Hazırda güclü sel davam edir.

İsmayıllıya da yağan güclü yağış kəndlərə ciddi ziyan vurub, evlərin damları uçub, bir neçə ailə gecəni maşında gecələməli olub. İstixəbər.info  İstipressə istinadla verdiyi məlumata görə, qasırğa, güclü küləklə müşahidə edilən leysan yağıb. Rayonun Diyallı kəndinə ciddi ziyan dəyib. Bir neçə evin dam örtüyü uçub. Damları uçan evlərin içindəki əşyalar, elektrik avadanlıqları və əşyalar su içində qalaraq yararsız vəziyyətə düşüb. Həyətdəki tövlələrin dam örtüyü də dağılıb, ot bağlamaları yararsız vəziyyətdədir.

Qaçqınların müvəqqəti yaşadığı binanın da dam örtüyü uçub, yağan yağış evlərə dolub. Evlərdə yaşamaq mümkünsüz olduğu üçün insanlar səhərədək küçədə qalıblar. Yol kənarındakı iri gövdəli ağacların budaqları qırılaraq yola düşüb, nəqliyyatın hərəkətinə maneə yaranıb.

Sakinlər gecəni maşında və qohumların evində keçiriblər.

Hazırda Qızıl Aypara Cəmiyyəti və İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkənlər üçün çadırlar quraşdırılır və ailələr yaxın saatlarda müvəqqəti yaşamaq üçün həmin  çadırlara köçürüləcək. Komissiya kənddə evlərə baxış keçirir. Dəymiş ziyanı hesablamaq üçün komissiya yaradılıb.

 

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26