Yevlaxda İcra başçısı vətəndaşları qəbul edib – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

12 fevral 2020-ci il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev şəhər İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirdi.

İstixeber.info xəbər verir ki, rayon rəhbəri bütün qəbullarında olduğu kimi ilk öncə Şəhid ailələri və Qarabağ müharibəsi əlillərini qəbul edərək problemlərini diqqətlə dinləyib. İcra Hakimiyyətinin səlahiyyəti çərçivəsində olan məsələləri yerindəcə həll edilməsi üçün göstəriş verib.

Daha sonra qəbula yazılan rayon sakinləri işlə təmin olunma, ünvanlı sosial yardım təyinatı və evlərinin sənədləşdirilməsi və sair məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevə müraciət ediblər. Vətəndaşların müxtəlif məzmunlu müraciətlərini dinləyən Anar Tağıyev İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan müraciətlərlə bağlı yerindəcə həll edilməsi üçün tapşırıq verib. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyatı qurumlara ünvanlanmaq üçün qeydiyyata alınıb.

Qəbula yazılanlar səmimi qəbula görə rayon rəhbərinə razılıqlarını bildirmiş, problemlərin həllinə həssas yanaşıldığı üçün ölkə prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını ifadə ediblər.

İstixeber.info Yevlax

escort mersin mersin escortları