Yevlaxda uşaq bağçası əsaslı təmir edilir – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax şəhər 6 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb.

İstixeber.info xəbər verir ki, 1983-cü ildə inşa olunmuş bağçada 105 uşaq tərbiyə alır. Onların təlim-tərbiyəsi ilə 30 nəfər məşğul olur. Təmir işləri zamanı binanın dam örtüyü, döşəmə, tavan, qapı və pəncərələr dəyişdiriləcək, yeni elektrik xətti çəkiləcək, istilik sistemi qurulacaq. Uşaq bağçasının həyətində abadlıq işləri aparılacaq, söhbətgahlar, oyun qurğuları quraşdırılacaq, yaşıllıq salınacaq.
Təmir işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.

İstixeber.info Yevlax

escort mersin mersin escortları