Xaçmazda “Dördyol”un bir nömrəli problemi öz həllini tapdı – FOTO+VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Xaçmaz rayonu Qusarçay kəndi ərazisində dörd yol adlanan ərazi bir çox sürücülərin kabusuna çevrilmişdi.

İstixeber.info xəbər verir ki, həmin yol ayrıcı Bakı-Rusiya, Bakı-Nabran yolunun üstündə yerləşdiyindən hər dörd istiqamətdən gələn nəqliyyat vasitələri bu yolda çətinlik çəkirdilər. Səbəb kimi isə yolda nəqliyyat vasitələrinin çoxluğu və yolda işiqforun olmaması idi. Aşağı və yuxarı kəndlərdən gəlib-gedən nəqliyyat vasitələri magistiral yola çıxmaq üçün əməlli-başlı əziyyətə qatlaşırdılar. Hər gün demək olar ki, burda qəzalar baş verirdi.

Sürücülərin dili ilə desək bu dörd yolda işıforun quraşdırılmasına ehtiyac var idi..

Bəs adını qeyd etdiyimiz yol ayrıcında işıqforun quraşdırılması ilə bağlı aidiyatı qurumlar nə fikirləşdilər?

Bir neçə ay bundan öncə kənd sakinlərinin , əsasəndə kəndin fəal gənclərindən olan Qiyas Tacəddinovun (Xaçmazlı) saytımıza müraciəti əsasında bu məsələni işiqlandırmışdıq. Artıq kənd sakinlərinə və saytımızın oxucularına xoş müjdəmiz var.

Adı çəkilən dördyol ayrıcındakı işıqfor problemi həllini tapdı. Ərazi bu gün yeni işıqforla təmin edilərək sakinlərin, sürücülərin istifadəsinə verildi.

Bu işdə səsimizə səs verən BDYPİ-nə və digər aidiyatı qrumlara təşəkkürümüzü bildiririk.

İstixeber.info Xaçmaz Qusarçay kəndi
Rəşad Ağaşirinov

escort mersin mersin escortları