Xaçmazın Çarxı kəndində çarmıxa çəkilmiş problemlər – FOTO+VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Xaçmaz rayon Çarxı və ona yaxın kəndlərinin bir qrup sakinləri kəndlərdə içməli su və işıq dirəklərinin bərbad vəziyyəti ilə bağlı problemin olduğu bildiriblər.

Kənd sakinlərinin İstixeber.info-ya məlumatına görə, məktəbin yaxınlıqında olan içməli su artezian quyusu artıq 2 aydır ki, quruyub. Təxminən 40-50 ailə su üzünə həsrət qalıb. Yaşadıqları su problemi ilə bağlı dəfələrlə aidiyyatı qrumlara müraciət olunmasına baxmayaraq hələki bir nəticə olmayıb. Çıxış yolu kimi problemin həllini ictimaləşdirməkdə görən sakinlər saytımızdan bu məsələnin işıqlandırılmasını xahiş ediblər.
Bizdə saytın daxili qayda-qanunlarına uyğun olaraq məsələnin həlli üçün Çarxı kənd Bələdiyyəsinin sədri Yaşar Əliyevlə əlaqə saxladıq. Yaşar müəllim məsələdən xəbərdar olduğunu, həlli istiqamətində çalışdığını söylədi. Yaşar Əliyev: Adı sadalanan su quyusu dövlətin və Bələdiyyənin balansında deyil. Vaxtı ilə həmin artezian su quyusu şəxsi fermaya məxsus olub və əraziyə yaxın əhalidə həmin sudan istifadə edib.

Sual: Sadalanan quyu olmasaydı bu əhali içməli suyu hardan götürməli idi?

Cavab: Ümümilikdə bu kəndlərdə içməli su problemi var. Problemlə bağlı sakinlərlə də görüşmüşəm. Onlara ən yaxşı bir variant təklif etmişəm. Bələdiyyəyə borclu olduğunuz vergiləri ödəyin və biz də həmin pulla kəndə mütəxəsislər dəvət edək, onlarda quyunun yuyulmasını aparsınlar. Düzdü biz bu quyuya xərc çəkəcəyik. Amma yenədə suyun çıxacağına ümid etmirik. Çünki, bu ərazilərdə yeraltı sular bir neçə metrdə aşağı çəkilib. Yenədə kənd bələdiyyəsi olaraq kənddə su probleminin həlli üçün ölkəmizdə fəaliyyət göstərən xarici kompaniyalarada müracət yollamışam. Ümid edirəm ki, yaxın zamanlarda müraciətimizə cavab veriləcək.

Məsələni bir az da araşdırmaq üçün Xaçmaz rayon İH-nin Çarxı kənd İH-nin nümayyəndəsi Məmmədov Yusif Şükür oğlu ilə əlaqə saxladıq. Yusif müəllim də kənddə olan problemləri ardıcıllıqla təsdiqlədi. Və bildirdi ki, bir müddət bundan öncə Xaçmaz rayon İH-nin başçısı Elnur Rzayev bu kənddə olub və ərazinin problemləri ilə şəxsən tanış olub. Söz verib ki, kəndin su, işiq, məktəb problemləri öz həllini tapacaq. Mən də kəndin səlahiyyətli nümayyəndəsi kimi bu problemlərin həll olunacaq günü gözləyirəm.
Saytımıza daxil olan müraciətdə sakinlər həm də onu vurğulayırlar ki, kəndin yaxınlığından Şollar su xətti keçir. Heç olmaya bu sudan da olsa yararlana bilərik. Sakinləri dediyi məsələnin həllini nə dərəcədə real olduğunu dəqiqləşdirmək üçün Azərsu ASC-nin Xaçmaz şöbəsinin rəisi Teyyun Soltanovla əlaqə saxladıq. Qrumun rəsmisi bildirdi ki, bu məsələnin həlli üçün Azərsuya rəsmi müraciət olunmalı və içməli suyun əhaliyə verilməsi üçün layihə hazırlanmalı və icra edilməlidir. Ölkə baçşısının tapşırığına əsasən ilk növbədə şəhər və rayon daxili su-kanalizasiya xətlərinin çəkilməsi, növbəti mərhələlərdə isə digər kəndlər nəzərdə tutulub.
Kənd sakinlərini narahat edən digər problem üçündə aidiyatı qrumdan cavab almağa çalışdıq.
Çarxı və digər kəndlərin işiq dirəkləri , xəttlərindəki problemlərin həlli vaxtnını öyrənmək üçün Azərişiq ASC-nin Xaçmaz rayon şöbəsinin rəisi Firuddin Ağaxanovla əlaqə saxladıq. Firuddin müəllim məlumatında bildirdi ki, hal-hazırda briqadalarımız Müşkür kəndində kabelləşmə işlərini aparır. Görüləcək növbəti işlər göndərilmiş layihə əsasında aparılacaq. Onu da nəzərinizə çatdıraq ki, yaxın vaxtlarda Xaçmazda kabelləşməyən kənd qalan deyil. Bütün kəndlərin işıq problemlərindən xəbərdarıq.
Əziz Çarxılılar və digər kəndlərin sakinləri saytımıza yolladığınız müraciəti araşdırdıq və aidiyatı qrumların verdikləri cavablarıda dərc edərək sizə çatdırırıq. İnşallah sadalanan problemlərin tez bir zamanda öz həllini tapar.

İstixeber.info Xaçmaz Çarxı

Rəşad Ağaşirinov

escort mersin mersin escortları