“Xəstəxananı ləğv etmək istəyənlər xalqı özlərinə xidmətçi sayırlar” – Müqəddəs Mehdiyev

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Müqəddəs Mehdiyev Xudat şəhər xəstəxanası ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edib

İstixeber.info xəbər verir ki, “Şimal xəbərləri”nin baş redaktoru, Xaçmazın sabiq icra başçısı Müqəddəs Mehdiyev Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə heyətinin sədri Zaur Əliyevə və TƏBİB rəhbərliyinə müraciət göndərib.

O, Xudat şəhər xəstəxanasında yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib və problemə yüksək səviyyədə müdaxilə olunmasını vacib sayıb. Səhiyyə nazirinə müraciətində M. Mehdiyev bildirib: “Xudat şəhər xəstəxanasının “Ailə və sağlamlıq” mərkəzinə çevriləcəyi və burada yalnız ambulator müraciətlərə baxılacağı barədə qərar düşünülməmiş addımdır. Hamı gözləyirdi ki, bu xəstəxana əsaslı təmir ediləcək, müasir avadanlıqlar alınacaq və s. Amma insanların ümidləri puça çıxdı. İllərdir 70 min əhaliyə xidmət göstərən tibb müəssisəsinin yalnız adını dəyişmək və buradakı şöbələri ləğv etmək vəziyyətdən çıxış yolu deyil. Bu qərar ləğv edilməlidir. Xəstəxana tibbi sığortaya keçməli və müasir tipli tibb müəssisəsi olmalıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də insanlara xidməti özünün birinci dərəcəli vəzifəsi sayır. Belə çıxır ki, xəstəxananı ləğv etmək istəyənlər xalqı özlərinə xidmətçi sayırlar. Sizdən xahiş edirəm ki, bu problemi şəxsi nəzarətinizə götürüb aradan qaldırasınız.”

Sabiq icra başçısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyevə müraciətində isə ondan Xudat şəhərinə səfər edərək tibb müəssisəsinin kollektivi və yerli sakinlərlə görüşməyi xahiş edib.

Məlumat üçün bildirək ki, bu müraciətlər fevralın 3-də sözügedən qurumlara göndərilib.

İstixeber.info

escort mersin mersin escortları