Bir qrup Alar gəncinin prezident İlham Əliyevə MÜRACİƏTİ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Cəlilabad rayonu Alar kəndinin bir qrup gəncləri ölkə rəhbəri Cənab İlham Əliyevə müraciət ünvanlayıblar. 

İstixeber.info həmin müraciəti olduğu kimi sizlərə təqdim edir:

Çox hörmətli Prezident!

Növbədənkənar deputat seçkilərinə qoşulmuş namizədlərin təbliğat kampaniyasına start verildiyi gündən mətbuatda bu barədə yazılar gedir, sosial şəbəkələrdə müzakirələr aparılır. Biz gənclər Alar seçicilərini təmsil edirik və Prezident kimi sizin ölkədə apardığınız islahatı dəstəkləyirik. Sizin şəxsi təşəbbüsünüzlə buraxılan Milli Məclisə növbədənkənar seçkilərə də həvəslə qoşulmuşuq və sizi dəstəkləyirik.
Təəssüf ki, sizin islahatları qəbul etməyən və başladığınız bu böyük işi gözdən salan məsul şəxslər də var. Belələrindən biri buraxılmış Milli Məclisin keçmiş deputatı olmuş Elman Nəsirovdur. Bu şəxs mərkəzi bizim yaşadığımız kənddə yerləşən 68 saylı seçki dairəsindən təzədən namizəd kimi qeydə alınmışdır. Danışığını bilməyən, seçicilərin lağ obyektinə çevrilmiş Elman Nəsirov məktəbləri bağlatdırır, müəllimləri və məktəblərin texniki işçilərini icbari şəkildə görüşə gətirdir. Bu hala etiraz edən müəllimlərdən biri, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 34 elmi və bədii kitabın müəllifi Bilal Alarlını mətbuatda təhqir etməkdən çəkinməyən Elman Nəsirov əhalisi 11 minə yaxın olan Alarlıların ünvanına hədyan sözlər söyləmişdir. Elman Nəsirov Alarlılar haqqında söylədiyi aşağılayıcı sözlər kənd camaatının qüruruna toxunmuş, onların ləyaqətini alçaltmışdır.
Xatırladıram ki, Alar kəndində 4 seçki məntəqəsi vardır və Elman Nəsirov bu məntəqələrdə təmsil olunmuş 6 minə yaxın seçicinin mandatını qazanmaq istəyir.
Sizdən artıq dərəcədə xahiş edirik, mandatını vaxtından qabaq ləğv etdiyiniz Elman Nəsirovun təzədən deputat seçilmək iddiasını nəzarətə götürəsiniz. Bu şəxsi başa salın ki, təhqir etdiyi seçicilərindən rəsmi qaydada üzr istəsin. Əks halda, bu adam sizin apardığınız islahata kölgə salmağında davam edəcək.

Çox böyük ehtiram və hörmətlə:
ALAR KƏNDİNİN GƏNCLƏRİ

İstixeber.info

escort mersin mersin escortları