“DSK-na ərizə verdiyim ilk gündən təhdid olunuram” – Şahin Bağırov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yerli icra hakimiyyəti başçısının və onun Prezident Admnistrasiyasındakı yaxın adamının hədə dolu ismarıclarıyla üzbəüz qalmışam

İstixeber.info xəbər verir ki, bu fikirləri 67 saylı Cəlilabad şəhər dairə seçki komissiyasından deputatlığa namizədliyini irəli sürmüş Bağırov Şahin Xanoğlan oğlu şəxsi facebook səhifəsində paylaşıb.

67 saylı Cəlilabad şəhər dairə seçki
məntəqəsinin seçicilərinin nəzərinə!
Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək üçün seçdiyim DSK-ya ərizə verdiyim ilk gündən təhdid olunuram və namizədliyimin geri götürülməsi istiqamətində yerli icra hakimiyyəti başçısının və onun Prezident Admnistrasiyasındakı yaxın adamının hədə dolu ismarıclarıyla üzbəüz qalmışam! Qeyd edim ki, ilk olaraq yaxın adamlarıma çıxdılar və istədikləri missiya baş tutmadı… Hazırda isə Azərbaycan ictimaiyyətinin yaxından tanıdığı daha ranqlı fiqurlarla üstümə hücuma keçiblər. Təzyiqlər böyükdür! Şübhəsiz, bu təzyiqlərə dözürəm və davamlı olacağını da istisna etmirəm… Amma məni narahat edən və gözümə yuxunun getməsini belə qoymayan bu təhdidlər sırasında cibimə narkotik atıb həbs olunacağımla bağlı səsləndirilən və bəndənizə ultimativ şəkildə bu ismarıcın çatdırılmasıdır!!! Bəli! Məsələnin fərdiləşdirərək öz üzərimə gətirib çıxarmaq da istəməzdim, lakin görün dünyanın harasına və hansı zamanına gəlib çıxmışıq ki, elm adamına, universitet müəlliminə belə təhdidlər yağdırılır… Və mənim Cəlilabada ayaq basacağım təqdirdə həbs olunacağımla da bağlı qorxu xofu yaradan məlumatlar gəlməkdədir… Yəni, həqiqətənmi bu mümkün ola bilər? Səbəbini soruşduqda bildirdilər ki, guya bəndəniz təbliğat-təşviqat kampaniyasını Yeni Azərbaycan Partiyasının namizədinə qarşı qurub… Başa düşmək olmur, bu fikri hələ mənim üzümə deyənlər, görün mənim haqqımda yuxarılara daha hansı idbar düşüncənin məhsulu olan informasiyaları çatdırırlar…
Əziz seçicilər, bu gözləntiləri nəzərə almışdım və bu səbəbdən sizinlə canlı təmas qurmaq üçün ara verdim, tələsmədim… Amma özümə borc bilirəm, bu sərsəm iddialara cavab olaraq öz müəyyən fikirlərimi çatdırıram! Əvvəla Yeni Azərbaycan Partiyasının bu seçkidə iştirak edəcək xeyli sayda layiqli namizədləri var və onlara uğurlar arzu edirəm! İkincisi, YAP hakim partiya olduğundan, məhz onların namizədləri deputat seçilmək istəyən hər bir iddialı üçün ciddi rəqib hesab olunur və bu, bir real faktdır! Üçüncüsü, hər bir namizədin öz passiv seçki hüququndan istifadə etdiyi kimi, özünəməxsus seçki texnologiyasından da istifadə etmək hüququ var və heç kim bu hüququ onun əlindən ala bilməz !!! Dördüncüsü, mən ilk gündən bəyan etmişəm ki, yuxarıda Böyük Allaha ü`z tutub və yaşadığım ölkəmdə Cənab Prezidentimizi və I vitse Prezidentimizin çağırışına səs verib, respublikamızda həyata keçirilən böyük islahatlarda öz bilik və bacarığımla iştirakçılıq niyyətilə qoşulmuşam. Xatırladım ki, Cənab Prezident İlham Əliyev həm də YAP-ın sədridir ! Hansısa opponentin olan YAP namizədi ilə rəqabət aparmaq nə YAP-a qarşı, nə də onun sədrinə – ölkə başçısı İlham Əliyevə qarşı çıxmaq deyil! Sadəcə, birmənalı olaraq başa düşülməlidir ki, hakimiyyət strukturlarında islahatlara xor baxan kifayət qədər yaramaz kadrlar var. Onlara qarşı zaman-zaman və bundan sonra da mübarizə aparılacaq… Cənab Prezident İ.Əliyev də çıxışlarında bu məsələni daha kəskin və qəti şəkildə vurğulayıb! Halbuki əldə etdiyim məlumata görə, sosial şəbəkələrdə statuslarımıza şərrh yazan və ” bəyənmə” işarəsi qoyan şəxslər də sıxışdırılır… Amma qeyd olunmalıdır ki, digər namizədlər ən azından, belə təzyiq rıçaqlarına malik deyillər… Yəni biz hələ də mağara təfəkküründən qurtarmamışıq?!…
… Niyyətim aydındır ! Hesab edirəm ki, heç bir qəbahət iş də tutmamışam! Və mən Cəlilabada gələcəm, hər nə baş versə də ona hazıram !

İstixeber.info

escort mersin mersin escortları