Davos Forumunda iştirak Azərbaycana nə verir? – Elmir Murad yazır…

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
Davos Forumunda iştirak Azərbaycana nə verir? Əslində bu suala qısa da cavab vermək olar. Amma yazıda bu suala geniş, izahlı şəkildə cavab vermək istəyirəm. 

Bəli, Davos Forumu Azərbaycana lazımdır, özü də mütləq lazımdır. Ona görə yox ki, sözügedən Forumda Azərbaycanın bayrağı dalğalanır, ölkəmizin adı hallanır. Ona görə lazımdır ki, Forum çərçivəsində müxtəlif dünya nəhəngi şirkətlərin başçıları, rəsmiləri və dünya liderləri ilə çox ciddi iki tərəfli görüşlər keçirilir, müəyyən razılıqlar əldə olunur. 

Misal üçün yanvarın 22-də prezident İlham Əliyevlə Rusiyanın Lukoil şirkətinin prezidenti Vahid Ələkbərovla görüşdən sonra SOCAR-la şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Bu Davos Forumunun Azərbaycana, ölkəmizin iqtisadiyyatına verdiyi tək töfhə deyil.

Bundan başqa Prezident İlham Əliyevlə Davosda dünyanın ən məşhur və nəhəng sığorta şirkətlərindən biri olan “Swiss Re” kampaniyasının rəsmisi ilə də görüşdə ilkin razılıq əldə olunub. Danışıqlar zamanı şirkət rəsmisi Veronika Skotti Azərbaycanda sığorta bazarının daha da inkişafına töhfə verməyə hazır olduqlarını vurğulayıb. Davos Forumunun Azərbaycan üçün faydaları bununla da yekunlaşmır.

Daha bir sevindirici, qürurverici xəbərlərdən biri də “Procter and Gamble Europe” şirkəti Bakıda regional mərkəzini yaratmaq istəyini irəli sürməsidi. Bəli, bu fikir, bu təklif də Davos Forumu zamanı irəli sürülüb. Belə ki, Prezident İlham Əliyevin Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü zamanı şirkətin fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətində olduğunu qeyd edib.

Regional mərkəz olaraq isə məhz Bakı şəhəri seçilib. Bütün bunlar iki günlük Davos Forumu zamanı əldə olunan ilkin razılamalardır. Təbii ki, Azərbaycana gələn hər bir şirkət, hər yeni razılaşma, həm ölkəmizin iqtisadiyyatına böyük töfhədir, həm də yeni iş, yeni imkan və ən əsası işsizlik probleminin aradan qaldırılması deməkdir.

Ona görə də beynəlxalq təşkilatlarda Azərbaycanın iştirak etməsi tək ölkəmizi təmsil etmək yox, həm də yeni imkanlar, yeni razılıqlar, yeni müqavilələr və yeni sərmayələrdir!

Elmir Murad

escort mersin mersin escortları