BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” şüarı altında maarifləndirici sosial aksiya keçirilib- FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İyunun 1-də – Uşaqların Beynəlxalq Müdafəsi günü ilə bağlı paytaxtda “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq” şüarı altında maarifləndirici sosial aksiya keçirilib. 

İstixəbər.info  xəbər verir ki, tədbirin keçirilməsində məqsəd orta məktəb şagirdləri, sürücü və piyadalar arasında yol hərəkəti qaydaları ilə bağlı məlumatlandırmanın təbliği olub.
Keçirilən tədbirdə avtomobillərdə daşınan uşaqlara hədiyyələr paylanılıb, sürücü və piyadlarla profilaktiki söhbətlər aparılıb, maarifləndirici bukletlər verilib.
Aksiya çərçivəsində polis forması geyinən uşaqlar – yol polisinin gənc köməkçiləri hərəkət iştirakçılarını müxtəlif devizlər altında yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxlayaraq, onlara yol polisi əməkdaşlarının tövsiyəsi ilə məsləhətlər veriblər.
İstixəbər.info 
loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26