TOVUZDA YANACAQ DOLDURMA MƏNTƏQƏSİNƏ MƏXSUS PULU MƏNİMSƏYƏN ŞƏXSLƏR SAXLANILIB – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Tovuzda “zapravkadan” oğurluq edənlər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, 18 yanvar 2020-ci il tarixində Tavuz rayon Qovlar şəhər sakini Röyal Əhmədov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək işlədiyi Qovlar şəhər ərazisindəki yanacaq doldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə vuraraq məntəqəyə məxsus pulu götürməsi barədə məlumat verib.
Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R. Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsini törədilməsini təşkil edib. Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləri Hüseyn Cəfərov və Vüsal Quliyev köməklik edib. Hər üç şəxs saxlanılaraq RPŞ-yə gətirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

İstixeber.info

escort mersin mersin escortları