Gənc müəllimin təşəbbüsü ilə Ağdam köçkün məktəbdində “20 yanvar Ümumxalq Hüzn günü” ilə bağlı anım tədbiri keçirildi – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbdə I-III azkomplektli sinfin rəhbəri Samir Abbaslının təşəbbüsü ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı “Qorxulu Yanvar gecəsi” mövzusunda anım tədbiri keçirilib.

İlk Öncə, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

İstixeber.info xəbər verir ki, tədbirin təşəbbüskarı I-III azkomplektli sinif rəhbəri Samir Abbaslı çıxış edərək, şagirdlərə qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən və müstəqilliyimiz naminə göstərdikləri rəşadət barədə məlumat verib. 1990-cı il yanvar ayının 19-dan 20-sinə keçən gecə Sovet İttifaqının qoşun hissələri fövqaladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilmiş və dinc əhaliyə divan tutulmuşdur. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli cinayət idi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi.
Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.
Tədbirdə sinif rəhbəri Samir Abbaslı qeyd edib ki, şəhidlərin əziz xatirəsi və onların ailələrinə qayğı daim ulu öndərin layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həmişə diqqət mərkəzində olub və bundan sonra da olacaq.
Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi, milli birlik, həmrəylik örnəyi olaraq həkk olundu.
Tədbirlərdə şagirdlər 20 Yanvar-Ümumxalq Hüzn Günü hadisələrinə həsr olunmuş şeirlər, bayatılar söyləyib, divar qəzetləri, stendlər, nümayiş etdiriblər.
Şagirdlər də mövzu ətrafında çıxış ediblər və sonda bildiriblər ki, həmin gecədə həlak olan vətən oğulları, qızları Azərbaycan tarixinə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.
Qeyd edək ki, yanvarın 17-də ümumitəhsil müəssisələrində ilk dərslər 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr edilib.

Allah şəhidlərimizə rəhmət eləsin…

İstixeber.info

escort mersin mersin escortları