Dində evliliyin 5 meyarı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Evlilik – elə mövzulardandır ki, insanlar bu sahədə müxtəlif səliqələrə malikdirlər. Hər kəsin özünəməxsus meyarları vardır. Bəs Quranın evlilik mövzusu haqqındakı meyarları hansılardır?

1. İslam və iman. “Müşrik qadınlarla, iman gətirməyincə, evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından – hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə – daha yaxşıdır.

Həmçinin müşrik kişilərə, iman gətirməyincə, arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən – hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə – daha yaxşıdır.

Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər.

Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar”. (“Bəqərə” 221).

2. İffət cəhətdən eyni səviyyədə olmaq. “(Əqidə, əxlaq və əməldə) xəbis qadınlar – xəbis kişilər üçün və xəbis kişilər – xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar).

Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar – pak kişilər üçün və pak kişilər – pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən, bir-birlərini taparlar).

Onlar (paklar başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar. Onlar üçün (dünya və axirətdə) bağışlanma və dəyərli ruzi vardır”. (“Nur” 26).

3. Allaha itaət və ibadət. “Əgər o sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr – Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar və bakirə (qızlar) versin”.(“Təhrim” 5).

4. İman və saleh əməl. “Hər kim – kişi, yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).

5. Təqva. “Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə, böyük və kiçik qəbilələr etdik.

(Odur ki, sizin aranızda irqi üstünlük yoxdur).

Həqiqətən, sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır.

Həqiqətən Allah çox bilən və xəbərdardır”. (“Hucurat” 13)\qadın.net

İstixeber.info

escort mersin mersin escortları