BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Şəhidlik hamıya qismət olmur” yazandan sonra şəhid olan əsgərə medal verildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəhidin medalı ailəsinə təqdim edilib.

İstixəbər.info xəbər verir ki, 2016-cı ildə düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Yüzbəyov Əmrah Aydın oğlunun təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı bu gün ailəsinə təqdim edilib.

Bununla bağlı şəhidin məzarı önündə tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, ictimaiyyətin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları 2016-cı il mayın 3-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Ə.Yüzbəyovun həyat yolundan, onun qəhrəmanlığından danışıblar. Daha sonra şəhidin layiq görüldüyü medal atası Aydın Yüzbəyova təqdim olunub

Xaçmazın doğulduğu Hacıməmədoba kənd qəbristanlığında dəfn edilən Əmrah Yüzbəyov ölümündən əvvəl, aprel döyüşləri günlərində sosial şəbəkədə “şəhidlik hamıya qismət olmur” statusu ilə məşhurlaşmışdı və onun bu arzusu şərəfli ölümülə çin oldu.

İstixəbər.info
loading...

TƏSİSÇİ: SƏNAN MƏMMƏD OĞLU ƏLƏKBƏROV BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV Saytın bütün hüquqları qorunur Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL:istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26 İNDEKS: AZ-6600