Aygün Sadiq: “Məktublarım ələ düşdü”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Tale sevinc paylayanda
Külək vurdu, yelə düşdü,
Hədəfləyib nişan aldım,
Bir ünyetməz gölə düşdü.

Dərdlərimi qoşa yazdım,
Həsrətlə baş-başa yazdım…
Bir gizlicə daşa yazdım,
Haçan dildən-dilə düşdü?!

Yaddan vətən dilənirdim,
Min xahişlə dillənirdim,
İmza yığıb şənlənirdim…

Oyun çıxdı, tələ düşdü.

Bir quruca nəfəsdəyəm,
Öz yurdumda qəfəsdəyəm,
Əbəs yerə həvəsdəyəm,
Şərəfimə güllə düşdü…

Yazdım şəhid övladıma,
Oxusun, çatsın dadıma,
Son qoyulsun fəryadıma…
Məktublarım ələ düşdü.

Tövlələrdə əsarətdə,
Gözüm yolda, başım dərddə,
Ömür keçdi xəcalətdə,
Mənimki də belə düşdü…

Aygün Sadiq

escort mersin mersin escortları