BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gələn ildən internetin qiyməti qalxır? – RƏSMİ AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Azərbaycanda internetin qiymətinin artması ilə bağlı bəzi mətbuat səhifələrində məlumatlar yayılıb. İddialara görə, gələn il internetin qiyməti qalxacaq.

İstixeber.info xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Günel Gözəlova qiymətlərdə dəyişiklik olmadığını bildirib:

“Hazırda bununla bağlı hər hansı yenilik, dəyişiklik yoxdur. Müvafiq instansiyalar gələn il aidiyyatı üzrə hər hansı təkliflə çıxış etsə, hər halda məsələyə baxıla bilər. Hazırda internetin qiymətinin qalxması məsələsi gündəmdə deyil”./modern.az

İstixeber.info

loading...