C. Dek 13th, 2019

Bərdədə ova gedən şəxs özünü güllələdi

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bərdə rayonunda ova gedən şəxs özünə xəsarət yetirib.

İstixeber.info xəbər verir ki, hadisə rayonun Zümürxan kəndində qeydə alınıb.

Kənd sakini Şakir Əliyev özünə məxsus qanunsuz silahla ov edən zaman açılan atəş nəticəsində yaralanıb. Ş.Əliyev Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanalarının birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info