BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Halı pisləşən sürücüyə polislər yardım etdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Polislər yardım etdi

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, noyabrın 29-da səhər saatlarında Gədəbəy rayon ərazisində xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir nəfər sakinin huşunu itirərək yol kənaranına yıxılmasını görüblər.

Polis əməkdaşları dərhal sakinə ilkin tibbi yardım göstərdikdən sonra onu rayon mərkəzi xəstəxanasına aparıblar. Xəstəxanada məlum olub ki, rayon sakini Tural Əsgərov epilepsiya xəstəliyindən əziyyət çəkir. Müəyyən tibbi köməklik göstərildikdən sonra evə buraxılan T. Əsgərov göstərilən köməkliyə görə polis əməkdaşlarına öz təşəkkürünü bildirib.

İstixeber.info

loading...