BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda avtosalon yanıb – XƏSARƏT ALAN VAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 2000 m²) olan üçmərtəbəli avtomobil salonunun birinci mərtəbəsində, təmir sexində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Təmir sexində olan 30 ədəd avtomobil və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İstixeber.info

loading...