BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax sakinləri ilə növbəti görüş Aran qəsəbəsində keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Aran qəsəbəsində vətəndaşlarla növbəti səyyar görüş keçirmişdir.

İstixeber.info-nun məlumatına görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlarla yerlərdə görüşlərini davam etdirir. Rayonun Aran qəsəbəsində baş tutan növbəti görüşdə vətəndaşların çoxluğu diqqəti çəkib. Anar Tağıyev hər bir vətəndaşa xüsusi diqqət göstərərək qulaq asıb, onların problem və xahişlərini həyata keçirmək üçün göstərişlər verib. Başçı İcra hakimiyyətinin səlahiyyətlərinə aid məsələləri dərhal, operativ şəkildə yerində həll edib. Bəzi İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə şəhər rəhbərinin göstərişi ilə aidiyyatı instansiyalar qarşısında məsələ qaldırılmaq üçün qeydiyyata alınıb. İşıq, su, qaz, işlə təminat, ünvanlı sosial yardım təminati ilə bağlı məsələlərlə müraciət edən vətəndaşlar problemləri müsbət həll olunduğu və ölkəmizdəki əminamanlıq üçün ölkə Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

İstixeber.info Yevlax

loading...