BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Space” külli miqdarda borcu olduğuna görə məhkəməyə verildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əmlak Məsələləri Dövlət Komitəsi “Space” Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə qarşı borc tələbi ilə bağlı iddia qaldırıb.

İstixeber.info unikal.org-a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə edilən müraciətdə icarə müqaviləsi üzrə ümumilikdə 25 min 229 manat borcun “Space”dən tutulması istənilib.

Hakim Aytən Oruczadə sadələşdirilmiş icrrat qaydasında baxılması üçün verilən ərizənin qəbulundan imtina edilməsi barədə qərar qəbul edib.

Belə ki, mülki prosessual qanunvericiliyə əsasən, 2 min manatdan 10 min manatadək olan mülki işlər üzrə iddialara (kiçik iddialar) sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

Sözügedən iddiada cavabdehdən tələb olunan pul məbləği ümumilikdə 26.229 manat təşkil etdiyi üçün ərizə iddia icraatı qaydasında verilməlidir.

İstixeber.info

loading...