BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Prezident İlham Əliyev Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyi ilə Pakistanın Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

İstixeber.info məlumatına görə, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında 2019-cu il oktyabrın 21-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Pakistan İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

İstixeber.info

loading...