C. Dek 13th, 2019

Anar Tağıyev Qarabağ əlilləri, şəhid ailələrinin nümayəndələri ilə görüş keçirib – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Qarabağ əlilləri, şəhid ailələrinin nümayəndələri ilə görüş keçirib.

İstixeber.info xəbər verir ki, görüş zamanı Anar Tağıyev ölkə Prezidenti İlham Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir. Rayon rəhbəri onu da qeyd etmişdir ki, Prezidentin tapşırığına əsasən rayonda da diqqət və qayğı davam edəcəkdir. Bizim əsas məqsədlərimizdən biri də Qarabağ əlilləri və şəhid ailələrinin problem və qayğılarını araşdırmaq gücümüz daxilində həllinə nail olmaqdır. Sizlər mənə probleminizi çatdırın, mən də həlli üçün çalışım.
Daha sonra Qarabağ əlilləri Mənsur Əliyev, Elçin Babayev, Əhliman Əliyev, Şəhidin Həyat yoldaşı Ulduz Əliyeva, Şəhid anası Kübra Ağayeva çıxış edərək Dövlət Başçısı Cənab İlham Əliyevə Qarabağ əlilləri və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdilər.

Çıxış edənlər işıq, qaz, suy, işlə təminatla Rayon Rəhbərindən xahiş etdilər.İcra başçısı bəzi xahişləri yerində göstəriş verərək həll etdi. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan xahişlərlə bağlı isə aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağını bildirdi.
Görüşdən məmnun qalan ailələr Prezidentin ölkəmizi inkişafa və sabitliyə aparan uğurlu siyasətini dəstəklədiklərini bildirdilər, rayon rəhbərinə səmimi qəbula görə təşəkkür etdilər.

İstixeber.info Yevlax