MMC-lərdən birinin direktoru Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək 650 metr uzunluğu olan alüminium naqilin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxslərin Kürdəmir rayon sakinləri Asif Abdullayev,Yaşar Atayev və Asif Abdurahmanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
More Stories
Yevlaxda özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb – FOTO
Həbs olunmuş şəxsin digər cinayət əməlinin də üstü açılıb
Avtomobildə at əti daşıyan şəxs saxlanılıb – Foto