Bz. Dek 15th, 2019

Xızıda 1 ton arpa oğurlayan şəxs saxlanılıb – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olmuşdur.

İstixeber.info xəbər verir ki, müraciətlə əlaqədar dərhal Xızı RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Müəyyən edilmişdir ki, Şuraabad qəsəbəsində yaşayan Tükəzban Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobili, eləcə də zərərçəkmişə məxsus 1 ton arpanı oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülmüşdür.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İstixeber.info