Bz. Dek 15th, 2019

Türkiyədə illərdir axtarılan mafiya lideri ələ keçirildi – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Türkiyədə illərdir axtarılan mafiya lideri Eyvaz Qorxmaz tutulub.

İstixeber.info xəbər verir ki, 1998-ci ildə törədilən cinayətə görə axtarılan Qorxmazın 1990-cı illərdə törədilən qətllərdə də hallanır.

İstanbulda villaların birində ələ keçirilən cinayətkar şəbəkənin liderinin qızı və köməkçisi də həbs edilib.

Mafiya başçısı haqqında 1998-ci ildə 15 il 9 aylıq həbs qərarı verildiyi məlum olub. O eyni zamanda 5 adam öldürmə, 10 silahla yaralama faktlarına görə də ittiham olunur.

Qorxmazın evindən , həmçinin, 1 ədəd tapança, 690 ədəd narkotik vasitə tapılıb.

Eyvaz Qorxmaz, qızı və köməkçisi ifadələri alındıqdan sonra məhkəməyə göndəriliblər.

İstixeber.info