Bz. Dek 15th, 2019

Şəkili idmançı dünya çempionu oldu – FOTO+VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Bu gün Sərhədçi İOK-də ALPAQUT idman növü üzrə dünya çempiomatının finalı start götürüb.

Yarışda 21 -dən çox ölkə iştirak edib. Federasıyanın İdarə heyyətinin sədri Vasif Məmmədov İstixeber.info-ya müsahibəsində bildirib ki, ölkəmiz bu yarışa xüsusi hazırlaşıb. Hal -hazırda da yarış davam edir. Şükürlər olsun ki, qələbələrimiz çoxdu. Ən maraqlı məqamlardan biri kimi onu deyə bilərəm ki, rayon idman klublarının idmançıları bu yarışlarda əksəriyyət təşkil edir. Nümunə kimi Şəki idman klubunun məşqçisi və idmançısı Nakan Səfərəliyev bu yarışda dünya çempionu oldu və bayrağımızı zirvədə dalğalandırdı, hər birimizi sevindirdi. Bütün idmançılara uğurlar arzu edirəm.
Dünya Çempionatında qızıl medal qazanan Nakan Səfərəliyev: Yarışa çox ciddi hazırlaşmışdım. Çempionata bir gün qalmış xəstələndim. Amma buna baxmayaraq dünya çempionu adını qazana bildim. Bu işdə mənə köməkliyi keçən hər kəsə təşəkkürümü bildirirəm. İnşallah gələn il Türkiyədə keçiriləcək dünya çempionatına hazırlaşacam və yenədə Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracam. Qələbəmi Ədliyyə içşilərinə həsr edirəm.
Bizdə öz növbəmizdə bütün idmançılarımıza qələbə və gələcək yarışlarda uğurlar arzu edirik..

Rəşad Ağaşirinov

İstixeber.info Bakı