Be. Dek 16th, 2019

Tbilisidə aksiyaçılar prezidentin sarayını qıfıllamağa cəhd etdilər

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  

Tbilisidə Gürcüstan prezidentinin Atoneli küçəsində yerləşən sarayı qarşısında aksiya keçirilir.

İstixeber.info xəbər verir ki, aksiya iştirakçıları olan müxalif və ictimai fəallar sarayın darvazalarına simvolik olaraq qıfıllar asmağa cəhd ediblər.

Polis aksiyaçıların bu cəhdinin qarşısını alıb, tərəflər arasında qarşıdurma baş verib.

Aksiyaçılar prezident Salome Zurabişvilidən hakimiyyət və müxalifət arasında mediator olmağı tələb ediblər.\unikal

İstixeber.info