C. Dek 13th, 2019

Göygöldə kişi meyiti tapılıb

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Göygöldə dərədən kişi meyiti tapılıb.

İstixeber.info xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Bildirilir ki, meyit 1977-ci il təvəllüdlü İmanov Vüqar Behbud oğluna aiddir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin üzərində heç bir zorakılıq əlamətlərinə rast gəlinməyib. Mərhumun ruhi-əsəb xəstəsi olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

İstixeber.info