Çəkiliş qrupumuz növbəti dəfə az təminatlı ailənin qonağı olub – VİDEO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Xaçmaz rayonu Qusarçay kəndində 4- azyaşlı uşaq olan ailə 11- ildir ki, kirayələrdə yaşayır.

Bu barədə İstixeber.info-ya ailənin yaxınları xəbər verib. İlk öncə əməkdaşlarımız məlumatın doğru olduğunu araşdırıb və adı çəkilən ünvanda olublar. Saytımız 1 ildən çox davam etdirdiyi xeyirxah layihə çərçivəsində adı çəkilən ailə üzvləri ilə görüşüblər. Program çərçivəsində kasib, xəstə , imkansız ailələrə yardım edən xeyirxah insanların köməkliyi ilə bu dəfə də çəkiliş qrupumuz həmin ailə üçün ərzaq, geyim, ev üçün lazımi avadanlıqlar və s. ilə Xaçmaz rayonu Qusarçay kəndində Cəbrayılovlar ailəsində olublar. İlk öncə onu qeyd edək ki, ailənin başçısı Niyaməddin Cəbrayılov ağır xəsətlikdən əziyyət çəkir və Xaçmaz RMX-da yataq şəraitində müalicə alır. Xəstəxananın aldığımız məlumata görə, xəstəyə lazımi hər cür şərait yaradılıb və xəstə nəzarət altındadır. Ailənin digər problemlərinən biri sosial yardım və imkansızlıqdan tikə bilmədikləri evləri ilə bağlıdır. Ev sahibləri çəkiliş zamanı ölkə başçısı İlham Əliyev cənablarından, birinci Xanım Mehriban Əliyevadan və Xaçmazın yeni İcra başçısı Elnur Rzayevdən bu məsələdə köməklik istəyiblər.

Biz ümid edirik ki, ailənin problemləri yaxın zamanlarda həll ediləcək.

İstixeber.info Xaçmaz