Bz. Dek 15th, 2019

Yevlax məktəblərində Əhməd bəy Ağaoğlunun 150 illik yubleyi qeyd olundu – FOTOLAR

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

15 noyabr 2019-cu il tarixdə Yevlax şəhər Salahlı, Malbinəsi, Yəldili kənd tam və Cırdaxan kənd ümumi orta  məktəblərində Əhməd bəy Ağaoğlunun 150 illik yubleyi qeyd olunub.

Təhsil Şöbəsindən İstixeber.info-ya verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 03.07.2019-cu il tarixli, F-408 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə  Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun  anadan olmasının 150 illiyi ilə baglı məktəblərdə keçirilən tədbirlərdə məktəblərin rəhbər işçiləri, müəllimlər və şagirdlər iştirak edirdi.

Tədbirlərdə çıxış edənlər Əhməd bəy Ağaoğlunun  müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı, ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində  parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratması haqqında ətraflı məlumatlar verdilər.

İstixeber.info