Bz. Dek 15th, 2019

Yevlaxda uşaq və yeniyetmələr arasında yunan-roma güləşi üzrə şəhər birinciliyi keçirilib – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Yevlax şəhər İcra Hakimiyyəti və Şəhər Gənclər və İdman İdarəsi ilə bir yerdə 17 noyabr Milli Dirçəliş günü münasibəti ilə rayonun Xaldan kənd kompleks orta məktəbinin idman zalında Gəncə, Yevlax, Mingəçevir şəhərləri, Şəmkir və Goranboy rayonlarından olan, 10 çəki dərəcəsində, 80 idmançının iştirakı ilə uşaq və yeniyetmələr arasında yunan-roma güləşi üzrə şəhər birinciliyi keçirmişdir.

İstixeber.info xəbər verir ki, yarışı Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı Tural İsmayılov açaraq 17 noyabr Milli Dirçəliş gününün tarixindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Dövlətçiliyinin dirçəlişindəki rolundan bəhs etmiş, yarış iştirakçılarına uğurlar arzulamışdır.

Daha sonra Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Samir Kərimov, idarəsinin baş məsləhətçisi Rəşad Bəhmənli çıxış edərək yarışda iştirak edən hər bir idmançıya uğurlar arzulamışdır.

Yarışda birinci yeri Yevlax, ikinci yeri Mingəçevir və nəhayət üçüncü yeri Goranboy idmançıları layiq görülüb.

Sonda qaliblərə Yevlax şəhər Gənclər və İdman İdarəsinin Fəxri fərmanları verilib.

İstixeber.info