C. Dek 13th, 2019

“Müsavat” vəsiqəsi ilə sığınacaq alanlar Almaniyadan deportasiya olunacaq?

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanda müxalif partiyaların keçmiş fəallarından ibarət cinayətkar şəbəkə üzvlərinin işini araşdırmaqda davam edir.

İstixeber.info xəbər verir ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının bəzi üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvlərinin 2-i  barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycandan olan mühacirlər miqrantların qanunsuz daşınmasında ittiham olunur. Cinayətkarlar miqrantlardan 3000-10.000 avro arasında pul alırmışlar.

Son məlumata görə, Almaniyadan, əsasən, Bavariya torpağından xeyli azərbaycanlı “siyasi mühacir” deport olunacaq. Onların hamısının “Müsavat” partiyasının sənədləri əsasında sığınacaq aldıqları bildirilir. (Virtualaz.org)

İstixeber.info