C. Dek 13th, 2019

Ceyhun Bayramov Fransada Ermənistanın işğalçı olmasından danışdı

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Təhsil naziri Ceyhun Bayramovun YUNESKO-nun 40-cı Baş konfransında iştirak məqsədilə Parisə səfərdədir.

Təhsil Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, noyabrın 13-də Ceyhun Bayramov YUNESKO-nun “Ələddin” layihəsi və Holokost Muzeyinin birgə təşkil etdiyi “Məktəblər və ekstremizm, vəsvəsə və dözümsüzlük çağırışları: müvəffəqiyyət və uğursuzluqlar; bu halların qarşısının alınması üçün hansı effektiv strategiyalar mövcuddur?” adlı tədbirdə iştirak edib. Tədbirdə çıxış edən nazir Azərbaycanda müxtəlif xalqlar, dinlər və mədəniyyətlər arasında əsrlər boyu formalaşmış qarşılıqlı hörmət münasibətlərindən danışıb, bu ənənələrin davam və inkişaf etdirilməsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Təhsil naziri multikulturalizm ənənələrinin gənc nəslə çatdırılması məqsədilə məktəblərdə tolerantlıq və qarşılıqlı hörmət anlayışlarının müxtəlif fənlər çərçivəsində şagirdlərə çatdırıldığını, eləcə də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində “Multikulturalizmin əsasları”, magistratura səviyyəsində isə “Azərbaycanda multikulturalizm” fənlərinin tədris olunduğunu qeyd edib.

Nazir həmçinin Azərbaycanın ekstremizmdən əziyyət çəkməsi, ölkənin suveren ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, Xocalıda dinc əhalinin soyqırıma məruz qalması faktlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Fransa Respublikası, İsveç Krallığı, Bolqarıstan Respublikası, Tunis Respublikası, Serbiya Respublikası, Uqanda Respublikası, Mali Respublikası, eləcə də Ermənistan Respublikasının təhsil nazirləri, YUNESKO-nun keçmiş Baş direktoru İrina Bokova və Fransanın sabiq Baş naziri Jan-Pier Raffarin iştirak edib.

İstixeber.info