Ç. Dek 11th, 2019

Ev şəraitində burun tutulmasının müalicəsi

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qış aylarının ən böyük dərdlərindən biri də qrip və soyuqdəymədən yaranan burun tutulmasıdır.

Burun tutulması sadə bir problem kimi görünsə də, nəfəs almanıza təsir etdiyindən baş ağrısı və halsızlıq yaradır. Burun tutulmasından təbii yollarla xilas olmaq mümkündürmü?

İstixeber.info xəbər verir ki, yarım stəkan suya çay qaşığının dörddə bir hissəsi qədər duz və çay qaşığının dörddə bir hissəsi qədər karbonat qatıb qarışdırın. Suyun təmiz və qaynadılmış olmasına diqqət yetirin. Burunun bir deşiyini bağlayın, hazırladığınız maddəni o biri burun deşiyinizə iynə və ya bənzər bir vasitə ilə fışqırdın. Suyu ovcunuza tökərək burnunuza çəkə bilərsiniz. Hazırlanmış maddə burun tutulmasının qarşısını alır və çox təsirlidir.

Ev şəraitində tərkibi hazırlamaq çətin olsa, apteklərdən dəniz suyu şəklində satılan burun spreylərindən alıb istifadə edə bilərsiniz.
Bu cür alternativ müalicəvi üsulları həkimə məsləhət etmədən tətbiq etsəniz, faydalı və çox təsirli olduğunu görəcəksiniz.

İstixeber.info