BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə “Bayraq Günü” yüksək səviyyədə qeyd edilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün M.Ə Sabir adına Yevlax şəhər 2 nömrəli tam orta məktəbdə Bayraq günü ilə bağlı təntənəli tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Müsiqi sədaları altında Azərbaycan bayrağı meydana gətirildi.

İstixeber.info-nun məlumatına görə, tədbiri Yevlax şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova açaraq şagirdləri, müəllim kollektivini əlamətdar “Bayram günü” münasibəti ilə təbrik edib. Sədaqət Şükürova çıxışında bildirib ki, dövlət rəmzlərimizin, o cümlədən üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün əziz, müqəddəs olduğunu söyləyib. Bayrağımız bizim milli kimliyimiz, qurur mənbəyimizdir. Direktor çıxışında milli dövlətçilik rəmzlərindən olan üçrəngli bayrağımızın sadəcə bir əşya, maddi varlıq, ipək parça deyil, milli mənlik hissimizin, xalqımızın əsrlər boyu ürəyində gəzdirdiyi dövlətçilik, azərbaycançılıq duyğularının simvolu, gerçəklənən arzusu olduğunu bildirdi. Bayrağımız heçdən yaranmadığını, keşməkeşli mübarizə yolu keçdiyini söylədi. Bu gün Azərbaycan bayrağı dünya arenasında zirvələrdə dalğalanır. Biz bayraqlar içərisində 3 rəngli, ay ulduzlu bayrağımızı görəndə qürur hissi keçiririk. Müstəqil Azərbaycanının göz bəbəyi olan Azərbaycan bayrağını qorumaq, onu təbliğ etmək, yetişməkdə olan gənc nəslə bayrağımızn tarixi keçmişini aşılamaq hər birimizin mənəvi borcudur. Mən arzu edirəm ki, Azərbaycan bayrağı daim zirvələrdə məğrurluqla dalğalasın. İnanırıq ki, ən yaxın zamanda cənab Ali Baş Komandan, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində bayrağımız işğal altında olan doğma Qarabağ torpaqlarında dalağalanacaqdır. Biz Cocuqmərcanlıda, Lələtəpədə yaşadığımız qururlu anların davamanı yaşıyacıyıq. Eşq olsun Azərbaycan Bayrağına, eşq olsun Azərbaycan Xalqına! Yaşasın Azərbaycan!”

Tədbir şagirdlərin hazırladığı bir birindən rəngarəng, maraqlı bədii kompazisya ilə davam etdirildi.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26