BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Elçin Quliyevlə Xanlar Vəliyev Ermənistanla sərhəddə – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dünən Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev və Baş prokurorun müavini, Hərbi prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

İstixeber.info xəbər verir ki, səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurum­larının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş mən­təqələ­rində şəxsi heyətlə görüşülüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirilib.

Prezident, Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struk­tu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmlən­diril­məsi, hü­quqi maarifləndirmənin gücləndirilməsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib.

İstixeber.info

loading...