BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxlı məktəb direktorundan ucqar kənd məktəbinin şagirdlərinə jest – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Ucqar rayonlarda belə tədbirin təşkili sadə deyil”

İstixeber.info xəbər verir ki, bu sözləri Yardımlı rayonunun ucqar kənd məktəbinin direktoru Zaur Abbasov özünün facebook hesabında paylaşım edib.

“Bayraq günü münasibəti ilə Yardımlı rayon Dəlləkli kənd ümumi orta məktəbində tədbir keçirildi.
Tədbirin keçirilməsində bizə dəstək olan, şagirdlərin geyim formasını təmənnasız olaraq məktəbimizə hədiyyə edən həmkarım – Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 saylı məktəbin direktoru Sədaqət Şükürovaya təşəkkür edirik.

Bu jesti -şagirdlərimizə geyim formasını hədiyyə etməsini məktəblərarası əməkdaşlıq kimi qəbul edib, təşəkkür edirik!

Məktəbimizdə şagird sayı az olsa da , lakin qısa dövürdə rayon miqyasında tədbirlərdə həmişə öndə olmaq, nümunə göstərmək bizləri ruhlandırır!
Respublikanın əksər təhsil ocaqlarında bu kimi tədbirlərin təşkili sadə olsa da, ucqar rayonlarda belə tədbirin təşkili sadə deyil. Bütün təşkilatçılara, zəhməti olanlara təşəkkür edirik!” – məktəb direktoru qeyd edib.

İstixeber.info

loading...