BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZ UĞRUNDA” ADLI KOALİSİYANIN İLK İCLASI KEÇİRİLDİ – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ötən gün “Dünya Ana və Uşaqlar” ictimai birliyi ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi birgə “Milli Mənəvi Dəyərlərimiz Uğurunda” adlı koalisiya yaratdıqlarını bəyan etdilər.

Koalisiyanin yaradılmasında əsas məqsəd cəmiyyətdə mövcud olan milli-mənəvi dəyərlər baxımından yaranmış problemləri ictimailəşdirərək müvafiq qurumlara çatdırmaq və onların aradan qaldırılmasında dövlətə dəstək olmaqdır.

İstixeber.info Xəbər verir ki, tədbiri giriş sözü ilə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski açaraq, koalisiyanın yaradılmasının əsas məqsədi haqqında iştirak edənlərə geniş məlumat verdi. Daha sonra “Dünya Ana və Uşaqlar” ictimai birliyinin sədri Dünya Əliyeva da bu koalisiyanın gələcəkdə görəcək işləri barədə hər kəsi məlumatlandırdı.
Qeyd edək ki, hər iki təşkilat rəhbəri artıq uzun illərdir ki, milli-mənəvi dəyərlərin təbliği istiqamətində Respublikanın bir çox yerlərində tədbirlər həyata keçirmiş və cəmiyyətimizin maariflənməsi üçün xeyli işlər görmüşdür.

Koalisiyaya bir çox ziyalılar, müxtəlif ixtisaslı mütəxəssislər-ekspertlər və ictimai fəal gənclər qoşulmuşdur.
Koalisiyanın ilk iclası müzakirə əsasında davam etdi.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26