BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Türkiyə Respublikasının Sosial Müdafiə Qurumunun nümayəndələri ilə görüş keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

7 noyabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun sədri Mehmet Selim Bağlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşə həmçinin Türkiyə Respublikasının Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları da qatılıblar.

İstixeber.info xəbər verir ki, görüşü giriş sözü ilə açan Zaur Əliyev qonaqları salamlayıb və iki qardaş ölkə arasında əlaqələrin bütün istiqamətlərdə olduğu kimi səhiyyə sahəsində də inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta modeli hazırlanarkən bir sıra ölkələrin, o cümlədən Türkiyə Respublikasının təcrübəsi öyrənilib. Z. Əliyev gələn ildən etibarən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq prosesi, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihə çərçivəsində həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri barədə nümayəndə heyətinə məlumat verib.

Mehmet Selim Bağlı öz növbəsində səmimi qəbula görə təşəkkür edib və qardaş ölkəyə səfər etməkdən hər zaman məmnun olduğunu bildirib. Tibbi sığorta sahəsində iki qurum arasında əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən qonaq Azərbaycanla öz təcrübələrini bölüşməyə hazır olduğunu vurğulayıb.

Görüşdə 17 iyul 1998-ci il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti (bundan sonra – Tərəflər) arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında imzalanan Sazişin tibbi sığorta ilə bağlı müddəaları müzakirə olunub. Qarşılıqlı fikir mübadiləsi zamanı icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibb müəssisələrindəki hazırlıq prosesi, maliyyə, sığortahaqları, həkimlərin əməkhaqları, tibb işçilərinin ixtisasartırılması ilə bağlı məsələlərə də toxunulub.

Görüşün sonunda gələn ildən etibarən ölkəmizdə icbari tibbi sığortanın tətbiq ediləcəyi nəzərə alınaraq, vətəndaşların rahat şəkildə Tərəf ölkələrdə tibbi yardım alması, habelə Sazişdə müvafiq düzəlişlərin edilməsi ilə bağlı Agentlik tərəfindən müəyyən təklif və tövsiyələrin Türkiyə Respublikasının Sosial Müdafiə Qurumuna təqdim olunması və mümkün əməkdaşlıq imkanlarına yenidən baxılması qərara alınıb.

İstixeber.info

loading...