BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yeni təyin olunan başçı 500 sakini ayaq üstə dinlədi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq ölkə başçısının müvafiq sərəncamı ilə Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin olunmuş Anar Tağıyev Yevlax şəhərində sakinlərlə ilk görüşünü keçirib.

İstixeber.info xəbər verir ki, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə şəhərin Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə ümumilikdə 500 nəfərdən çox insan toplaşıb.

Ənənəvi formatdan kənar keçirilən görüşdə çıxış edən Yevlax Rayon İcra Hakimiyyətinə başçısı Anar Tağıyev bildirib ki, ölkə başçısı tərəfindən ona böyük etimad göstərilərək Yevlax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib. Prezidentin qəbulunda olduğu zaman tapşırılan vəzifələrlə yanaşı ilk növbədə rayon sakinlərinin müraciət və problemlərinə həssaslıqla yanaşmağı tapşırıb. Anar Tağıyev qeyd etmişdir ki, son illərdə Prezidentin həyata keçirdiyi siyasət nəticəsində pespublikanın bütün guşələrində olduğu kimi Yevlax rayonunda da böyük işlər görülüb. Lakin bir sıra problemlər qalmaqdadır və onların aradan qaldırılması üçün əlindən gələni edəcəyinə, ona göstərilən etimadı doğruldacağına söz verib.

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində 4 saatdan çox müddətdə və sakinlərin böyük fəallığı ilə keçən, 80-ə yaxın sakin çıxış etdiyi görüşdə vətəndaşların bütün sahələri əhatə edən təklif və müraciətləri nəzarətə götürülərək icrası ilə bağlı müvafiq qurum və vəzifəli şəxslərə tapşırıqlar verildi. Bütün çıxışlarda sakinlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.\unikal

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26