BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda icra başçısı ağsaqqallarla görüş keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı  Anar Tağıyev fəaliyyətinə ilk olaraq rayon Ağsaqqallarından xeyir dua alaraq başaldı.

İstixeber.info-nun məlumatına görə, görüşdə çıxış edərək ağsaqqalları salamlayan Anar Tağıyev Yevlax şəhər İcra Hakimiyyətinə başçı təyin edildiyi üçün ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Başçı çıxışı zamanı qeyd etmişdir ki, bu rayona gəlib tanış olarkən rayon Ulu Öndər siyasətinə sadiq, cənab Prezidentimizi dəstəkləyən və ürəkdən sevən insanlardan ibarət olduğunu gördüm. Möhtərəm Prezidentimiz İlham Əliyev məni təyin edərkən qarşıma vacib tapşırıqlar qoyub. Bu tapşırıqları həll etmək üçün ağsaqqal sözünə ehtiyacım vardır. Harda ağsaqqal var orada xeyir bərəkət var. Cənab Prezident çıxışında özü də qeyd etdi ki, idarəetmədə kadr islahatları gedir, kadrlar gəncləşir ama bu o demək deyildir ki, orta yaxud yaşlı nəsil yaddan çıxsın. Daim nəsillər arasında sintez olmalıdır. Mən də cənab Prezidentimizin tapşırığına uyğun olaraq qərara gəldim ki, ilk öncə ağsaqqallarnan görüşüm. Sizlərə də təşəkkür edirəm ki, gəlmisiniz. Mən Sizin təcrübənizdən yararlanmaq istəyirəm. İstəyirəm ki, mənə xeyir dua verəsiniz.

Mən də Sizlərin köməyilə Yevlaxın inkişafı üçün daha da əzmlə çalışacam. Mənim məqsədim hər bir vətəndaşımızın qeydinə qalmaq, vətəndaşın yanında olmaqdır. Anar Tağıyev çıxış edərək, ağsaqqalara bildirdi ki, qapım daim olaraq hər bir Yevlax sakininin üzünə açıqdır, eləcə də ağsaqqalların. Xahiş edirəm, rayonda olan çatışmamazlıqlardan məni məlumatlandırın, hansı işlərin görülməsini istəyirsiniz mənə deyin, çalışacam ki, sizlərin arzu və istəklərinizi gücüm daxilində yerinə yetirim. Həm də onu istəyirəm ki, yevlaxlı biznesmenlər, iş adamları rayonun inkişafı üçün işlər görsünlər. Mən bir daha buradan sizlərin vasitənizlə çatdırmaq istəyirəm ki, məqsədli şəkildə biznesmenə, iş adamına mane olmaq mənə görə cinayətdir. Mənim belə hallara qarşı mövqeyim qətidir, yol vermərəm ki, iş adamlarına kimlərsə maneələr törətsin.

Rayon rəhbəri bildirdi ki, cənab Prezidentimizin göstərişi ilə hər bir rayon üçün sosial işlərdə çalışmaq üçün işçi kvotası ayrılmışdır. Mən istəyirəm ki, Yevlaxlılar Məşğulluq Mərkəzinə müraciət etsinlər, işlərlə tanış olsunlar, işləsinlər. Çünki həmin işlər Prezidentimizin əhalinin məşğulluq səviyyəsinin yaxşılaşdırılması üçün vətəndaşlarımız üçün yaradılıb. İşlədiyim dövrdə rayon camaatının köməyilə çalışacam ki, cənab Prezidentin etimadını doğruldum.

Daha sonra rayon Ağsaqqallar Şurasını sədri Knyaz Əliyev çıxış edərək Anar Tağıyevi bu vəzifəyə təyin edildiyi üçün təbrik etdi. Knyaz Əliyev başçıya uğurlar arzuladı, öz idarəçilik təcrübəsinə əsalanaraq rayonunda olan neqativ hallara qarşı rayon rəhbəri ilə birgə mübarizə aparacaqlarını bildirdi. Knyaz Əliyev qeyd etdi ki, baxmayaraq Anar Tağıyev rayona 5 gündür rəhbər təyin edilib, artıq rayonda canlanma hiss olunur. Knyaz Əliyev rayonda təmizlik işlərinin canlandırılmasını başçıdan xahiş etdi.

Daha sonra rayon ziyalılar cəmiyyətinin sədri Qiyas Quliyev çıxış edərək Anar Tağıyevi təbrik etdi. Qiyas Quliyev çıxışında qeyd edib ki, şəhərin bəzi küçələrində işıqlandırma sistemi sıradan çıxıb, işıqlandırmanın bərpa edilməsinin başçıdan xahiş etdi.

Rayon Ağsaqqallarından Vaqif Əliyev də çıxışında əvvəlcə Anar Tağıyevi təyinat münasibətilə təbrik etdi, cənab Prezidentin tapşırıqlarını uğurla yerinə yetirməsini arzuladı. Vaqif Əliyev təklif verdi ki, ziyalılar və ağsaqqallar təkliflər planı hazırlasınlar və başçıya təqdim etsinlər. Rayon rəhbəri təklifi qəbul edərək öz növbəsində Vaqif Əliyevə təşəkkür etdi.

Ağsaqqal Səyyad Məmmədov əvvəlcə Anar Tağıyevi təbrik etdi. Başçıya illərdi bağlı olan Heydər Əliyev prospektinin açılmasına göstəriş verdiyi üçün təşəkkür etdi. Səyyad Məmmədov təklif etdi ki, bu yolda avtomaşınların hərəkəti tənzimlənməlidir. Başçıdan xahiş etdi ki, göstəriş versin ki, avtomobillərin surəti tənzimlənsin. Başçı məsələylə bağlı dərhal tapşırıq verəcəyini bildirdi.

Rayon ağsaqqalı “Əməkdar müəllim” Əmiraslan Bəşirov da öz növbəsində rayon rəhbərini təbrik etdi. Çalışdığı 5 saylı tam orta məktəbin binasının hazırki vəziyyətinin qənaətbəxş olmadığını, yeni binanın tikilməsinə ehtiyac olduğunu bildirdi. Rayon rəhbəri məktəbin tikintisinin Dövlət Proqramına salındığını və tikinitinin tezləşdirilməsi ilə əlaqədar rəhbər orqanlar qarşısında məsələ qaldıracağını bildirdi.

Görüşün sonunda səmimi görüşdən məmnun qalan Ağsaqqallar təyinat üçün ölkə rəhbəri cənab İlham Əliyevə təşəkkür edib, rayon rəhbərinə çətin işlərində uğurlar arzuladılar.

İstixeber.info Yevlax

loading...