BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SAATLIDA AVTOMOBİLDƏN PLASTİK KARTLAR OĞURLAYAN ŞƏXS SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Noyabrın 6-da Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Sarıcalar kənd sakini İlqar Alışov avtomobilindən balansında 600 manata yaxın pul olan ona və anasına məxsus 2 ədəd plastik kartın oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kartları oğurlayıb, balansında olan pulu çıxaran şəxsin zərərçəkmişin həmkəndlisi 32 yaşlı Mirsaleh Rəhimov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Oğurladığı həmin plastik kartlar və pullar ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı M.Rəhimov barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26