BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Prezident İlham Əliyev Neftçiləri təltif etdi – SƏRƏNCAM


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Prezident İlham Əliyev Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

İstixeber.info xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayev Bağış Ağaqulu oğlu

Əliyev Yaşar Aşır oğlu

Məhərrəmov Yaşar Üzeyir oğlu

“Tərəqqi” medalı ilə

Abdullayev Ənvər Əmiraslan oğlu

Budaqov Ələddin Məhəmməd oğlu

Əmrəliyev Rafiq Mehi oğlu

Əskərov Əskər Əkbər oğlu

İsmayılov Rəhimulla Dadaş oğlu

Mustafayev İzzət Mehti oğlu

Tağıyev Mərdan Mirzə oğlu.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26