BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mingəçevirdə avtobus qəzası: XƏSARƏT ALANLAR VAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

İstixeber.info xəbər verir ki, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib.

“Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna  çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı bir nəfərin – 1964-cü il təvəllüdlü, minik maşınının sürücüsü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır./apa

İstixeber.info

loading...