BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Aeroportda keçinən tələbənin meyiti Azərbaycana gətirilir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hazırda sənədləşmə işləri aparılır

Polşada vəfat edən azərbaycanlı tələbə Pərviz Qalib oğlu Dadaşovun meyitinin Azərbaycana gətirilməsi üçün orada sənədləşmə işləri aparılır.

İstixeber.info-nun məlumatına görə, 22 yaşlı tələbə Qubanın Qorxmaz kəndində doğulub. Yerli kənd sakinlərindən aldığımız məlumata görə, Pərviz Dadaşov Azərbaycan Dillər Universitetini bitirib. Ailənin tək oğludur.

Polşa universitetlərinin birində ingilis dili üzrə ikinci kursda magistr təhsili alırmış. Diş ağrısından əziyyət çəkən tələbənin  orada dişinə dərman qoyandan sonra vəziyyətinin ağırlaşdığı deyilir. Qubaya ailələrinə xəbər edilib. Atası və yaxınları onu Azərbaycana gətirmək üçün Polşaya gəliblər. Bu zaman aeroportda vəziyyəti pisləşən Pərviz Dadaşovun təcili yardım çağrılsa da həyatını xilas etmək mümkün olmayıb.

Hazırda 22 yaşlı tələbənin Azərbaycana gətirilməsi üçün sənədləşmə işləri davam etdirilirvə meyit yaxın günlərdə Qubaya gətiriləcək./istipress

İstixeber.info

loading...