BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Təhsil naziri Sabirabadda gənc müəllimlərlə görüşüb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Noyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

İstixeber.info xəbər verir ki, görüşdə Sabirabad, Saatlı, Hacıqabul və Kürdəmirdən olan gənc müəllimlər iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov ixtisaslaşmış kadrlarla iş fəaliyyəti, onların peşəkar inkişafı və müəllimlərin fəaliyyətinin təkmilləşdirilməsindən danışıb. Ceyhun Bayramov müəllim nüfuzunun artırılması, eləcə də müəllim fəaliyyətinin stimullaşdırılması istiqamətində görülən işlərə də diqqət çəkib.

Müəllimlərin bilik və bacarıqlarının artırılması və təlim metodlarının tətbiqindən söz açan Ceyhun Bayramov tədbirin davamında iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Təhsil naziri çıxışının sonunda müəllimlərin hər birinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26